Crypto.com birjasının bu həftə yayımladığı hesabata əsasən hazırda dünyada 106 milyondan çox insan kriptovalyutadan istifadə edir. Birja analitikləri tək 2021-ci ilin yanvar ayında kriptovalyuta istifadəçilərinin sayında 15.7% artım olduğunu qeyd ediblər. 24 aparıcı kriptovalyuta birjalarının məlumatları əsasında aparılan araşdırmada bitcoin-in qiymətinin sürətlə qalxması ümumilikdə kriptovalyuta istifadəçilərinin sayının artmasına əsas təkan olub. Bundan əlavə, kriptovalyuta bazarının böyüməsinə bu sektor üzrə yeni bir ekosistem olan DeFi maliyyəsinin populyarlığı təsir göstərib.
Microstrategy, Square, MassMutual və Tesla kimi institusional sərmayəçilərin bitcoin-ə investisiya etməsi, həmçinin PayPal, MasterCard, VİSA kimi ödəniş sistemlərinin öz müştərilərinə kriptovalyutalar ilə alqı-satqısı imkanını təqdim etməsi xəbərləri kriptovalyuta bazarının böyümə sürətinı əhəmiyyətli dərəcədə artdı.
Müəllif: Elnur Quliyev


