ATV-nin “İqtisadi Zona” verlişində bitcoin mövzusu (video)

Azərbaycanın televiziya məkanında ən çox izlənilən TV kanallarından biri ATV-də yayımlanan “İqtisadi Zona” verlişində hazırda aktual mövzulardan biri olan ilk rəqəmsal valyuta – bitcoin haqqında süjet təqdim edilib. Süjetdə bitcoin nədir, necə yaranıb, qiymətinə təsir edən əsas faktorlar, investisiya imkanları və bitcoin-in digər xüsusiyyətləri haqqında məlumat verilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ATV kanalı ilə birgə layihəsi olan “İqtisadi zona” verilişi analitik xəbər formatında hazırlanır və hər bazar saat 19:30-da Günel Bəhramqızının təqdimatında yayımlanır. “İqtisadi zona” həftə ərzində Azərbaycanda və dünyada baş verən ən vacib iqtisadi yenilikləri geniş tamaşaçı kütləsinə çatdırmaqla yanaşı, bütünlükdə ölkənin iqtisadi mənzərəsini əks etdirən məlumatlandırıcı, maarifləndirici xarakter daşıyır.

Leave a Reply