Kripto-bankomatlar operatoru CoinFlip ABŞ-ın 46 ştatında yerləşən 1800 kripto ATM-də Dogecoin (DOGE) kriptovalyutasını almaq imkanı əlavə etdi. CoinFlip-in icraçı direktoru Daniel Polotsky “Son vaxtlar Dogecoin-ə olan böyük diqqəti nəzərə alaraq bu kriptovalyutanı portfelimizin bir hissəsi halına gətirməyi və gələcəkdə bu kriptovalyutanı dəstəkləməi hədəfləyirik.” deyib.
Cari ilin fevral ayında Teslanın rəhbəri Elon Muskın twitter-də Dogecoin paylaşması DOGE-nin dəyərinin 2 həftə ərzində 0,03-dan 0,09 dollara qədər yüksəlməsi ilə nəticələnmişdi. Hazırda Dogecoin CoinMarketCap-da 15-ci yerdə qərarlaşıb və 0.048 dollarda ticarət olunur.

