Bitcoin: 60.000 dollar!

Bitcoin martın 13-ü yeni tarixi rekord qiymətini – 60.000 dolları test etdi. Bazar kapitalizasiyası 1.1 trilyon dollar olan bitcoin hazırda ümumi kriptovalyuta bazarının 62%-ni təşkil edir. Bununla da, bitcoin bazar kapitalizasiyasına görə dünyanın ən məşhur şirkətləri olan Facebook (764$ milyard), Tesla (666$ milyard), Alibaba (614$ milyad), Samsung (503$ milyard), VİSA (495$ milyard), Master Card (380$ nilyard), Walmart (379$ milyard), Walt Disney (357$ milyard), JPMorgan Chase (476$ milyard), Bank of Amerika (327$ milyard) keçdi.

Xatırladım ki, bir il əvvəl, yəni 13 mart 2020-ci ildə kriptovalyuta bazarı öz tarixində ən böyük enişlərindən birini yaşadı. Bitcoin 24 saat ərzində 25% dəyər itirərək 5415 dollara endi. “Covid 19” pandemiya elan edildikdən sonra bitcoin-in qiyməti 3782 dollara qədər enmişdi. İndi isə 1 bitcoin 1 kq qızıldan (təqribən 56.000 dollar) da bahadır.

Bitcoin-in son 11 il ərzində 13 mart tarixinə olan qiyməti:

Müəllif:  Elnur Quliyev

Leave a Reply