Elon Musk: bitcoin ilə Tesla ala bilərsiz

Dünyaca məşhur elektromobil istehsalçısı olan Tesla şirkətinin avtomobillərini artıq bitcoin ilə almaq mümkün olacaq. Bu barədə Teslanın təsisçisi və icraçı direktoru Elon Musk martın 24-ü öz twitter hesabında post paylaşaraq elan edib. E.Musk qeyd edib ki, Tesla-ya ödənilən bitcoinlər fiat valyutaya konvertasiya edilmədən hesabda saxlanılacaq. Bitcoin ilə ödəniş üsulu hələ ki, ABŞ vətəndaşları üçün təqdim ediləcək. Digər ölkələr üçün isə bu xidmət 2021-ci il ərzində əlavə ediləcəkdir.

Bu xəbərdən sonra bitcoin 54.080-dan 56.800 dollara qədər qalxdı.

Leave a Reply