CoinATMradar.com-ın 31.03.2021 tarixinə olan məlumatına əsasən dünyada 17.542 ədəd kripto-ATM mövcuddur. Ümumilikdə kripto bankomatların 78.1%-də kriptovalyutaları yalnız almaq, 21.9%-də isə ikitərəfli əməliyyat – həm almaq, həmdə satmaq mümkündür. Bankomatlarda əməliyyatlar üzrə orta faiz dərəcəsi alış zamanı 9-12%, satışda isə 5-8% təşkil edir. Bankomatların 99.9%-i Bitcoin, 67.4%-i Litecoin, 60.7%-i Ethereum, 28.5%-i Bitcoin Cash, 19.4%-i Dash, 3.7%-i Tether dəstəkləyir.
Bankomatların 89.8%-i Amerika, 8.5%-i isə Avropa qitəsinin payına düşür. Ölkələr üzrə statistika: ABŞ- 14493, Kanada- 1332, Böyük Britaniya- 200, Avstriya- 157, İspaniya-128 və s.
Kripto bankomantların sayı illər üzrə:
- 2015-ci il – 503 ədəd
- 2016-cı il – 954 ədəd
- 2017-ci il – 2028 ədəd
- 2018-ci il – 4109 ədəd
- 2019-cu il – 6387 ədəd
- 2020-ci il – 13661 ədəd
Qeyd: Online rejimdə sizə ən yaxın kripto ATM olduğu yeri, bankomantdan bitcoin və ya digər kriptovalyutanı necə almaq və ya necə satmaq qaydaları coinatmradar.com-da ətraflı izah edilib.
Müəllif: Elnur Quliyev