Caizcoin – İslam maliyyəsi prinsiplərinə əsaslanan ilk kriptovalyuta

Caizcoin – İslam maliyyəsi prinsiplərinə uyğun olan sürətli, sərfəli və etibarlı beynəlxalq pul köçürmələri təklif edən mərkəzləşdirilməmiş bir maliyyə platforması və kriptovalyutadır. Layihənin əsas prinsipi insanlara İslami dəyərlərə əsaslanan maliyyə azadlığı verməkdir. Caizcoin İslamı maliyyələşmə qaydalarına əsaslanan sertifikatlaşma keçən ilk platformadır. Caizcoin-in missiyası innovativ maliyyə həllərini insanlıq dəyərləri ilə əlaqələndirmək və hər kəsin mövcud olan maliyyə dünyasında bərabər səviyyədə iştirak etməsini təmin etməkdir. Bu kriptovalyuta müxtəlif təyinatlı vəqflər üçün ianələr və zəkat vermək üçün, həmçinin İslam inanclarına uyğun olaraq elektron ticarət aparmaq üçün istifadə ediləcəkdir.

Caizcoin-in üstün tərəfləri: balansda minimum saxlama müddəti və bloklama olmadığına görə koinlər istənilən vaxt məxaric edilə bilər, tranzaksiyalar müəyyən bir limitə qədər komissiyasızdır, pul köçürmələri dərhal həyata keçirilir. İstifadəçilərinə qarşı tətbiq edilən identifikasiya standartları (KYC – know your customer) tərəfdaşlar və şəbəkə təminatçıları da daxil olmaqla bütün iştirakçıların qanuni olduqlarını və İslamın prinsiplərinə uyğun olmasını təmin edir. ERC20 standartı əsasında yaradılan caizcoinlərin ümumi sayı 999999999 ədəd təşkil edir. Yanvarın 15-dən etibarən bu kriptovalyutanı saytda qeydiyyatdan keçməklə almaq mümkündür. İlkin satış qiyməti 0.65 dollar təşkil edib. Açıq satışlara isə cari ilin mayın 16-dan başlanılacaqdır.

Caizcoin sosial mediada:

Müəllif:  Elnur Quliyev

Leave a Reply