DogeCoin: Altcoinlərin flaqmanı

Dogecoin mayın 4-ü yeni tarixi rekord qiymətini 0.5-i test edərək 0.68 dollara qədər qalxmağı bacardı. Bununla da dogecoin 75 milyard dollar bazar kapitalizasiyası ilə “TOP 4”-də daxil oldu. Dogecoin-in qiymətinin qalxmasına təsir edən əsas amil bu kriptovalyutanın “Xaç Atası” olan Elon Musk-in öz twitter hesabında «The Dogefather. SNL May 8» paylaşması olub. Bununla da, Elon Musk mayın 8-də müğənni Miley Cyrus ilə ev sahibliyi edəcəyi “Saturday Night Live” verlişində kriptovalyutalar mövzusuna toxunacağına işarə edib. Doge tərəfdarları gözləyirki bu verlişdə Elon Musk yeni açıqlama ilə qiymətin qalxmasını daha da stimullaşdıra bilər.

Dogecoin nədir?

Dogecoin 2013-cü ildə amerikalı proqramçı Billy Marcus və avstraliyalı marketoloq Jackson Palmer tərəfindən yaradılıb. Rəsmi təqdimat həmin il 8 dekabr tarixində baş tutdu və ilkin qiyməti $0.00026 təşkil edirdi. Bu layihə əslində 2013-cü ildə bitcoin-in qiyməti artımı fonunda bir zarafat kimi düşünülmüşdü. Yeni kriptovalyuta hemin vaxt məşhur olan yapon it cinsi olan siba-inu haqqında internet-mem əsasında hazırlanıb. Bu itin şəkili sonradan kriptovalyutanın loqosuna düşdü və onun simvoluna çevrildi. Dogecoin Litecoin-in forku olan Luckycoin kriptovalyutası əsasında yaradılıb. Dogecoin emissiyası limitsizdir, yəni hər il bazara 5.2 milyard ədəd yeni dogecoin-lər daxil olur. Bu o deməkdir ki, illik inflyasiya tempi 5.2 milyard doge təşkil edir. Investorlar üçün dogecoin-i cəlb edən əsas səbəb son 2-3 ay ərzində qiymətinin (Elon Musk sayəsində) kəskin artması olub. Misal üçün, martın 5-i 0.052 USD olan dogecoin 2 ay ərzində 0.697 USD-yə qalxdı.

Qeyd: Dogecoin ətrafında son həftələrdə bu cür ajotajın olması digər sağlam kriptovalyutalara mənfi təsir edir. Qaznmaq şansını buraxmamaq üçün böyük əksəriyyət investorlar tələsik öz coinlərini satıb dogecoin alırlar və süni sürətdə digər altcoinlərin qiyməti enməyə başlayır. Bazara yeni daxil olan təcrübəsiz investorlar isə nisbətən daha dayanıqlı kripto-aktivlərdənsə dogecoinə investisiya etməyi daha üstün tuturlar. Lakin bu cür davam etməyəcək və “doge-balinalar” müəyyən həddə (təqribən 0.69-0.71) çatdıqdan sonra satış “düyməsini” basaraq qiymətin düşməsinə təsir göstərəcəklər. Odur ki, çalışmaq lazımdır ki, bu cür yüksək riskli kriptovalyutaya bütün vəsaitinizlə investisiya etməyəsiz. Gəlirə çıxdıqdan sonra mütləq şəkildə “stop lost”-dan istifadə etmək lazimdır.

Müəllif:  Elnur Quliyev

Leave a Reply