Ray Dalio: İstiqraz almaqdansa bitcoin-i üstün tuturam

Bridgewater Associates hedc fondunun rəhbəri milyarder Ray Dalio CoinDesk-ə verdiyi müsahibədə bitcoin-i dollardan daha yaxşı yığım vasitəsi hesab etdiyini deyib. O, bunu ABŞ dollarının son dəfə 1971-ci ildə müşahidə olunan devalvasiya ərəfəsində olması ilə izah edib.

Ray Dalio: “Şəxsən mən indiki inflyasiya səviyyəsini nəzərə alaraq istiqraz almaqdansa bitcoin-ə daha çox üstünlük verirəm. Mən bitcoin almışam. Bitcoin-ə nə qədər çox pul daxil olarsa, hökumətlərin buna təsiri o qədər az olur. Bəzi dövlətlər bitcoin-i ənənəvi maliyyə alətlərinin ciddi rəqibinə çevrildiyi zaman qadağan edə bilər. İnsanlar bitcoin almaq üçün səhm və istiqrazları kütləvi satmağa başlayarlarsa hökumətlər sərt tədbirlər görməyə məcbur olacaqlar.”

Müəllif: Elnur Quliyev

Leave a Reply