Kripto bankomatların (ATM) sayı – May 2021

   CoinATMradar.com-ın 31.05.2021 tarixinə olan məlumatına əsasən dünyada 20.869 ədəd kripto-ATM mövcuddur. Ümumilikdə kripto bankomatların 78.2%-də kriptovalyutaları yalnız almaq, 21.8%-də isə ikitərəfli əməliyyat – həm almaq, həmdə satmaq mümkündür. Bankomatlarda əməliyyatlar üzrə orta faiz dərəcəsi alış zamanı 9-12%, satışda isə 5-8% təşkil edir. Bankomatların 99.9%-i Bitcoin, 70.1%-i Litecoin, 53.1%-i Ethereum, 29%-i Bitcoin Cash, 27.4% Dogecoin, 19%-i Dash, 13.2%-i Tether dəstəkləyir.

Bankomatların 89.8%-i Amerika, 8.5%-i isə Avropa qitəsinin payına düşür. Ölkələr üzrə statistika: ABŞ- 18099, Kanada- 1501, Böyük Britaniya- 200, Avstriya- 159, İspaniya-141 və s.

Kripto bankomantların sayı illər üzrə:

  • 2015-ci il – 503 ədəd
  • 2016-cı il – 954 ədəd
  • 2017-ci il – 2.028 ədəd
  • 2018-ci il – 4.109 ədəd
  • 2019-cu il – 6.387 ədəd
  • 2020-ci il – 13.661 ədəd

Qeyd: Online rejimdə sizə ən yaxın kripto ATM olduğu yeri, bankomantdan bitcoin və ya digər kriptovalyutanı necə almaq və ya necə satmaq qaydaları coinatmradar.com-da ətraflı izah edilib.

Müəllif:  Elnur Quliyev

Leave a Reply