Rusiya Mərkəzi Bankı (Банк России) xüsusi monitorinq sistemindən istifadə edərək (vətəndaş şikayətləri də olmaqla) qanunsuz fəaliyyət əlamətləri olan şirkətləri və layihələri müəyyənləşdirir. Vətəndaşların və təşkilatların qanunsuz fəaliyyətə cəlb edilməsi risklərini azaltmaq üçün Rusiya Bankı periodik olaraq “maliyyə piramidası” (ponzi) və qiymətli kağızlar bazarının qanunsuz iştirakçısı olan şirkətlərin “qara siyahısını” açıqlayır. Siyahıda son aylarda Azərbaycanda da məşhurlaşan CROWD1 layihəsinin adı qeyd edilib. Lakin siyahıda fiziki şəxslər və fərdi sahibkarlar haqqında məlumat verilməyib.
Bankın “qara siyahısı”-da layihənin adı – CROWD 1 NETWORK EUROPE LTD, CROWD1 NETWORK LTD, Impact Crowd Technology SL, IMPACT CROWD TECHNOLOGY SCANDINAVIA AB, CROWD1, layihə üzrə sayt adları isə crowd1.com, mygrithub.com, crowd1network.ru, crowd1.ru qeyd edilib.
Qanunsuz maliyyə fəaliyyətinin qarşısını almaq üçün Rusiya Bankı bu cür şirkətlərin veb saytlarını bloklamaq üçün tədbirlər görür, həmçinin digər tədbirləri tətbiq etmək üçün hüquq mühafizə orqanları və digər səlahiyyətli orqanlar, xarici tənzimləyicilərlə qarşılıqlı əlaqədədir.

