kobmarket.az – yeni onlayn satış platforması

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə sahibkarların məhsullarının onlayn satışına və tanıdılmasına dəstək üçün yeni onlayn satış platforması – www.kobmarket.az fəaliyyətə başlayıb.  Yeni portal əsasən mikro və kiçik biznesin inkişafına dəstək olmaq, KOB subyektlərinin məhsul və xidmətlərinin vahid platforma üzərindən onlayn satışının həyata keçirilməsinə və geniş kütləyə tanıdılmasına dəstək məqsədilə yaradılıb.

Kobmarket.az – sahibkarların onlayn satış imkanlarını genişləndirməklə yanaşı, ölkədə onlayn ticarətin inkişafına, KOB-ların və istehlakçıların rəqəmsallaşdırılması prosesinin sürətləndirilməsinə, eləcə də nağdsız ödənişlərin artırılmasına və “kölgə iqtisadiyyatı”nın azaldılmasına dəstək göstərilməsini hədəfləyir. Sahibkarlar elektron ticarət portalına qoşulmaqla satış imkanlarını genişləndirə bilərlər. Portalda istifadəçilər üçün vahid ödəniş sistemindən və çatdırılma xidmətlərindən istifadə imkanı yaradılıb. Qeydiyyat prosesi sadədir, portalda hər bir onlayn mağaza üzrə satışa, mağazadakı məhsullar üzrə qalıqların idarə olunmasına, müştərilərin təhlilinə və satışa dair digər zəruri məlumatları hesabat şəklində sahibkara təqdim edəcək müxtəlif alətlər mövcuddur.

kobmarket.az-da üzvlük müqaviləsi, çatdırılma şərtləri, istehlakçıların hüquqları

Leave a Reply