Salvador bitcoin-i rəsmi ödəniş vasitəsi kimi qəbul etdi

Salvador Qanunvericilik Məclisi iyunun 8-i ilk kriptovalyuta olan bitcoin-i ölkə ərazsində rəsmi ödəniş vasitəsi olduğunu tanıyan qanun layihəsi qəbul etdi. Bitcoin ilə aparalan əməliyyatlar ödəmə vasitələri ilə edilən digər əməliyyatlar kimi kapital artımına görə vergiyə cəlb edilməyəcək. Hökumət bitcoin-i ölkənin əsas valyutası olan ABŞ dollarına anında avtomatik çevrilməsinə zəmanət verir. Bunun üçün hökumət rəqəmsal aktivin xalqdan alınması üçün 150 milyon dollar fond yaradacaq. Bundan əlavə, hökümət bitcoin-i gələcəkdə balansda saxlamağı da planlaşdırır. Qanun 90 gün ərzində qüvvəyə minəcək.

Xatırladaq ki, Salvador prezidenti Nayib Bukele iyunun 6-si ökləsində bitcoin-i rəsmi ödəniş vasitəsi kimi tanıyacaqlarını elan etmişdi. Nayib Bukele həmçinin ölkəsində bitcoin mayninqi üçün daha ucuz başa gələn vulkanik enerjidən istifadə ediləcəyini də öz twitter hesabında paylaşıb.

Müəllif:  Elnur Quliyev

Leave a Reply