Kriptovalyuta bazarında qiymətlərin artması bütün dünyada olduğu kimi Azərbaycanda da adi vətəndaşların və həvəskar investorların rəqəmsal aktivlərə olan marağını daha da artırıb. Bundan əlavə, hazırda dünya iqtisadiyyatının rəqəmsallaşmaya doğru istiqamətləndiyi bir zamanda ölkəmizdə dövlət və özəl sektorun iştirakçılarının rəqəmsal texnologiyaların verə biləcəyi imkanlardan faydanlanmağı zəruri edir. Bu səbəbdən Azərbaycanda rəqəmsal texnologiyalar, blokçeyn, İCO, DeFi, NFT və ümumilikdə kriptovalyuta sənayesinin müxtəlif istiqamətləri üzrə ciddi maarifləndirməyə ehtiyac var.

Crypto Consulting MMC Azərbaycanda ilk dəfə olaraq korporativ şirkətlər, potensial investorlar və sıravi vətandaşlar üçün rəqəmsal aktivlər və kriptovalyuta ticarəti üzrə individual təlim paketlərini təklif edir.
Təlimin adı: Kripto investor (nəzəri biliklər + praktiki təlim)
Nəzəri biliklər:
- Elektron pullar, rəqəmsal valyutalar, kriptovalyutalar – mahiyyəti və əsas fərqlər.
- Rəqəmsal valyutalar: tarixi və növləri (kriptovalyuta, stabilcoin, CBDC, token). İlk kriptovalyuta – Bitcoin.
- Elektron cüzdanlar (e-wallet).
- Rəqəmsal aktivlər üzrə ticarət platformaları, alınması və nağdlaşdırma üsulları (kripto-birjalar, mübadilə servisləri, kripto-bankomatlar).
- Kriptovalyuta bazarında qiymətlərə təsir edən əsas fundamental faktorlar.
- Kriptovalyutalar üzrə əsas risklər.
- Kriptovalyutalar haqqında faydalı məlumatlandırıcı saytlar, mobil tətbiqlər.
- Azərbaycanda kriptovalyutaların ən asan alqı-satqı üsulları və kriptovalyuta əməliyyatlarının vergiyə cəlb edilməsi mexanizmi.
Praktiki təlim:
- Birjada (binance.com, azebirja.az) qeydiyyat və verifikasiya, birajaya vəsaitin mədaxil və məxaric edilmə qaydaları.
- Real vaxt rejimində birjada alqı-satqı (spot) əməliyyatlarının aparılması. “Stop Lost” və “Take Profit” funksiyaları.
- Fyuçers ticarəti: Short və Long əməliyyatlar.
- CoinMarketCap.com-da kriptovalyutaların analizi.
- Kriptovalyuta bazarında ticarət strategiyaları.
- İnvestisiya (uzunmüddətli) etmək üçün rəqəmsal valyutaların seçilməsi qaydası.
Qeyd: Təlim öncədən qeydiyyatdan (kriptoinvest.az@gmail.com) keçmək şərti ilə individual aparılır. Təlimin nəzəri hissəsi mövzular üzrə təqdimat formatında, parktiki hissəsi isə birjada real vaxt rejimdə əməliyyatlar ilə izah ediləcək. Təlimin müddəti 1 gün (3-4 saat) Qiymət: 150 AZN. İştirakçılar təlimdən sonra kriptovalyutalar üzrə fundamental biliklərə sahib olacaq, rəqəmsal aktivlər üzrə araşdırma aparmağı, sərbəst ticarət etməyi və ən əsası gəlir əldə etməyin üsullarını öyrənəcəklər.
Təlimçi: Elnur Quliyev / Crypto Consulting MMC-nin direktoru, UNEC Biznes Məktəbinin müəllimi və Azərbaycanın ilk kripto-birjası azebirja.az platformasının icraçı direktorunun müşaviri.

Təlimin adı: Mini Trader (texniki analiz və indikatorlar)
Texniki analizin əsasları:
- Texniki analiz nədir?
- Kriptoterminlər.
- CoinMarketCap.com-da kriptovalyutaların analizi.
- TradingView platformasında alətlərdən istifadə qaydaları.
- Dəstək və müqavimət zonalarının müəyyən edilməsi qaydası.
- Fibonaççi alətləri.
- Əməliyyat üzrə gəlir və xərclərin hesablanması qaydaları.
Praktiki təlim:
- Birjada qeydiyyat, mədaxil və məxaric qaydaları, alqı-atqı (spot) əməliyyatları.
- Əməliyyat risklərinin idarə edilməsi (stop lost/take profit).
- Fyuçers ticarəti: Short və Long əməliyyatlar.
Əsas praktiki indikatorlar:
- Relative Strengh İndex / RSİ+
- Moving Averages İndicator
- The Moving Average Convergence and Divergence / Stoch Rsi
- Wavetrend Osscilator
- TD Sequentaial
- BT Cloud
- Volume İndicator (buy/sell volume totals for periods)
Qrafik modellər:
- Qrafik modellər nədir?
- “Head and Shoulders” və “İnverse Head and shoulders” modelləri
- “Double Bottom” və “Double Top” modelləri.
- “Symmetricial Triangle”, “Ascending Triangle” və “Discending Triangle” modelləri.
- “Bullish Flag” və “Bearish Flag” modelləri.
- “Bullish Kama” və “Bearish Kama” modelləri.
- “Cup and Handle” modelləri.
Şam modelləri:
- Şam modelləri nədir?
- “Bullish Marubozu” və “Bearish Marubozu” modelləri.
- “Bullish Hammer” və “Bearish Hammer” modelləri.
- “Doji” şam modeli.
- “Three Soldier” və “Three Crows” şam modelləri.
Qeyd: Təlim öncədən qeydiyyatdan (kriptoinvest.az@gmail.com) keçmək şərti ilə individual və ya 2 nəfərlik qrup ilə aparılır. Təlimin müddəti 2 gün (3 saat) Qiymət: 300 AZN aparılır.

Crypto Consulting MMC – rəqəmsal aktivlər və blokçeyn texnologiyası mövzusunda təlim və özəl konsultasiya xidmətləri təqdim edən, həmçinin, Azərbaycanda bu fəaliyyət istiqaməti üzrə rəsmi qeydiyyatdan keçmiş ilk şirkətdir. Şirkətin əsas məqsədi Azərbaycanda maliyyə savadlılığının artırılması, rəqəmsal aktivlər və innovativ texnologiyalar üzrə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi və rəqəmsal maliyyə resurslarına çıxış imkanlarının asanlaşdırılmasına töhvə verməkdir.
Crypto Consulting MMC-nin əsas fəaliyyət istiqamətləri:
- təhsil müəssisələri, dövlət və özəl sektoru təmsil edən idarələr üçün təqdimat, seminar və workshopların keçirilməsi;
- investorlar üçün rəqəmsal aktivlər üzrə investisiya tövsiyyələri və investisiya portfelinin idarə edilməsi üzrə konsultasiya;
- individual təlim paketi: rəqəmsal aktivlər üzrə nəzəri və praktiki biliklərin öyrədilməsi;
- rəqəmsal texnologiyalar üzrə müvafiq tədqiqat və araşdırmaların aparılması;
- ETF investisiyalar üzrə konsultasiya;
- startap layihələrə maliyyə resurslarının (crowdfunding) cəlb edilməsi;
- biznesin tokenizasiyası.


Kriptovalyutalara investisiya etmək istəyənlər üçün 7 tövsiyyə
İnvestisiya üçün hansı kriptovalyutanı almaq lazımdır?
Azərbaycanda kriptovalyuta əməliyyatlarının vergiyə cəlb edilməsi mexanizmi
