General Motors: bitcoin qəbul edə bilərik

Dünyanın ən iri avtomobil istehsalçılarından biri olan General Motors (GM) müştəriləri tələb edərsə ödəniş vasitəsi kimi bitcoin qəbul etməyə hazrdı. General Motors-un icraçı direktoru Marry Barra CNBC-yə verdiyi müsahibədə “heç bir şey GM-a bitcoin qəbul etməyə mane olmur” bildirib.

Marry Barra: “Bitcoin-i ödəniş vasitəsi kimi əlavə etməyimizə heç nə mane olmur. Müştərilərimizi dinləyəcəyik. Alış prosesini mümkün qədər asanlaşdırmağa çalışırıq. Lazım gələrsə Tesla kimi edərik.”

Müəllif:  Elnur Quliyev

Leave a Reply