Rusiya Federasiyasının Mərkəzi Bankı (Бaнк Poccии) rəqəmsal rublun test edilməsi üçün 12 bankdan ibarət pilot qrup yaradıb. Mərkəzi Bank 2021-ci ilin dekabr ayında rəqəmsal rubl üçün platformanın yaradılmasını tamamlamağı planlaşdırır. Testlər 2022-ci ilin yanvar ayından başlayacaq. İlkin mərhələdə rəqəmsal rublun emissiyası və bəzi əməliyyatların sınaqdan keçirilməsi planlaşdırılır. Sonra isə sınaq iştirakçılarının sayının artırılması və testdən keçirilmiş əməliyyatların siyahısının genişləndirilməsi nəzərdə tutulur. Rəqəmsal rubl platformasının operatoru olan Mərkəzi Bank rəqəmsal valyutanın emissiyası, maliyyə qurumlarına cüzdanların açılması və müştəri əməliyyatlarının həyata keçirilməsindən cavabdeh olacaq. Layihə texniki cəhətdən çox mürəkkəbdir və tənzimləyici risklər üzrə bütün detalları nəzərə almalıdır.
Rəqəmsal rublun test edilməsi üçün pilot qrupa daxil olan banklar: BTБ, Cбepбaнк, «ДOM.PФ», «Aльфa-Бaнк», «Tинькoфф Бaнк», «Пpoмcвязьбaнк», «Гaзпpoмбaнк», «Aк Бapc», «CKБ-Бaнк», «Pocбaнк», «Бaнк Coюз», «TKБ Бaнк».
Müəllif: Elnur Quliyev

