Cynthia Lummis: Pensiya fondları bitcoin isitifadə etməlidir

ABŞ-ın Vayominq (Wyoming) ştatının respublikaçı senatoru Cynthia Lummis pensiya fondlarını əmanətləri inflyasiyadan qorumaq üçün bitcoin və digər rəqəmsal aktivlərdən istifadə etməyi tövsiyyə edib. Senator CNBC Maliyyə Məsləhətçiləri Sammitində çıxışı zamanı pensiya və uzunmüddətli yığım üçün bitcoin -nin əla alət olduğunu deyib.

Cynthia Lummis: “Konqres trilyonlarla dollar xərcləyir və dünya iqtisadiyyatını ABŞ dolları ilə doldurur. Mən pensiya fondlarımızın ancaq ABŞ dolları ilə ifadə olunmasından narahatam. Diversifikasiya üçün müxtəlif aktivlərdən istifadə etmək lazımdır. Hesab edirəm ki, bitcoin uzunmüddətli prespektivdə ən etibarlı yığım vasitəsidir. İstərdim ki, pensiya fondlarımız yaxşı yığım vasitəsi olan bitcoin və digər prespektivli kriptovalyutalara investisiya etsinlər.”

ABŞ senatoru həmçinin öz kripto investisiyasından bəhs edib. O, ilk bitcoin-i 2013-cü ildə 330 dollara aldığını və hazırda təxminən 170.000 dollar dəyərində 5 bitcoin-ə sahibi olduğunu açıqlayıb. Ethereum-un da üstünlyünün olmasını etiraf edən Cynthia Lummis öz portfelində yalnız bitcoin olmasını “yalnız bitcoini anlaya bilməsi” ilə izah edib.

Leave a Reply