MonoBank bitcoin debet kart buraxacaq

Ukraynanın rəqəmsal bankı MonoBank iyul ayında bitcoin ilə alqı-satqı aparmaq üçün debet kart buraxmağı planlaşdırır. MonoBank bunun üçün Ukrayna Mərkəzi Bankından icazə gözləyir. MonoBank-ın həmtəsisçisi Oleq Qoroxovski telegram kanalında onlayn bankın kriptovalyuta birjası ilə inteqrasiya etmək istədiyini deyib. Bununla da, bankın müştəriləri bitcoin ilə alqı-satqı əməliyyatları aparmaq imkanı əldə edəcəklər.

Leave a Reply