İnternet-maqazin Wellbots kriptovalyuta qəbul edir

ABŞ-ın smart məhsullar üzrə ixtisaslaşmış internet-maqazini Wellbots ödəniş vasitəsi kimi kriptovalyutalar qəbul etməyə başlayıb. Saytda ödəniş vasitəsi kimi 6 kriptovalyuta: bitcoin (BTC), ethereum (ETH), litecoin (LTC), bitcoin cash (BCH), Dai və USD Coin (USDC) ilə alış etmək imkanı yaradılıb. Wellbots bu vaxta qədər yalnız Shop Power, Google Pay, PayPal, Amazon Pay, Credit Card və Affirm kimi ənənəvi ödəmə metodlarını qəbul edirdi.

Leave a Reply