Elon Musk: SpaceX bitcoin-ə investisiya edib

SpaceX və Teslanın təsisçisi olan Elon Musk iyulun 21-i “Cryptocurrency Council for Innovation”-in təşkilatçılığı ilə keçirilən «The B Word» adlı onlayn konfransda ilk dəfə olaraq SpaceX-in bitcoin-ə investisiya etdiyini açıqlayıb. Twitter-in CEO-su Jack Dorsey, ARK Invest-in icraçı direktoru Cathie Wood və moderator Steve Lee (Square Crypto) ilə müzakirə zamanı E.Musk həm Teslanın, həm də SpaceX-in bitcoinə investisiya etdiyini deyib.

Elon Musk: “Mən bitcoin saxlayıram, Tesla və SpaceX-in bitcoin-i var. Mənim bir az da Ethereum-um var və əlbəttə ki, Dogecoin də var. Bitcoin-in qiyməti aşağı düşsə, mən pul itirirəm. Mən “pump” edə bilərəm amma etmirəm. Bitcoin-in uğur qazanmasını istəyirəm. Hesab edirəm ki, bitcoin enerji istehlakı üzrə müsbət bir tendensiyaya döğru gedir. Bu qismən qiymətin düşməsi ilə əlaqədardır. Tesla bitcoin aldığı andan etibarən daha çox enerji istifadə etməyə başladı. Bunu dəstəkləyən bir şirkət ola bilmərik. Görünən odur ki, bitcoin bərpa olunan enerjiyə doğru gedir və Çindəki kömür mədənləri bağlanır. Yenilənə bilən mənbələrin 50%-dən çoxunun istifadəsi tendensiyası mövcuddur. Bu vəziyyətdə Tesla yenidən bitcoin qəbuluna davam edəcək.”

Leave a Reply