Euro Pacific Capital-ın rəhbəri və məşhur kriptovalyuta kritiki Peter Schiff “Coin Stories”-ə verdiyi müshaibədə bitcoin-in qiymətinin 100.000 dolları keçə biləcəyi ehtimalını real olduğunu qeyd edib. Hər zaman qızıl tərəfdarı olduğu və bitcoin-i tənqid etməsi ilə seçilən Peter Schiff 2011-ci ildə bitcoin almadığna görə təəssüfləndiyini etiraf edib.
Peter Schiff: “Qədim dövrlərdən indiyə qədər qızıl ödəniş vasitəsi olaraq istifadə edilir və bu faktor qızılın bitcoin üzərində üstünlüyü hesab edilə bilər. Buna baxmayaraq, bitcoin yarandığı gündən ən gəlirli aktivlərdən birinə çevrildi. Son 10 ildə bitcoin 8,900,000% dəyər qazanıb, bitcoin 100.000 dollar və uzun müddətdə hətta 1.000.000 dollara yaxın artım göstərə bilər. Kaş ki, bitcoin haqqında ilk məlumatı alanda alardım. Ciddi bir səhv etdim. 100 min dollar dəyərində kriptovalyuta ala bilərdim, amma o pulu başqa bir aktivə yatırdım ki, bu da yaxşı bir investisiya olmadı. Amma indi kriptovalyuta milyarderi ola bilərdim. Zamanı geriyə qaytara bilsəydim bitcoin alardım”.

