ABŞ-da mer şəhər sakinlərinə 1000 dollarlıq bitcoin paylayacaq

ABŞ-da Missuri ştatının Cool Valley şəhərinin meri Jayson Stewart hər bir şəhər sakininə 1000 dollar dəyərində bitcoin paylayacağını açıqlayıb. Bunun üçün yalnız bir şərt var – verilən bitcoin 5 il müddətinə xərclənə bilməz. Jayson Stewart bitcoin-i “rəqəmsal qızıl” adlandırıb və şəhərin təqribən 1500 sakininə bitcoin vermək üçün sponsorlardan vəsait topdalığını deyib. Bundan əlavə, mer şəhər sakinləri üçün bitcoin istifadəsi və saxlanması ilə bağlı pulsuz təlimlərin təşkil edilməsinin zəruri olduğunu qeyd edib.

Jayson Stewart: “İdeya budur ki, şəhər sakinləri alınan bitcoin-i yalnız beş ildən sonra istifadə edə biləcəklər. Təsəvvür edin ki, indi onlar bitcoin-i benzinə xərcləsələr və beş il ərzində bitcoin 500 min dollar olsa, onlar nə qədər peşman olacaqlar.

Leave a Reply