Rick Rieder: Volatil aktivlər və bitcoin xoşuma gəlir

Dünyanın ən iri investisiya şirkəti olan BlackRock-un qlobal sabit gəlirlər üzrə baş direktoru Rick Rieder, CNBC kanalının “Squawk Box” proqramında verdiyi müsahibədə bitcoin-in yaxın gələcəkdə daha da dəyər qazanacağına inandığını açıqlayıb. Rick Rieder, bitcoin-in hələ ki, səhmlər və istiqrazlar kimi ənənəvi aktivlərlə rəqabət apara bilmədiyini qeyd edib. Bununla belə, o hesab edir ki, bitcoin investisiya portfelinin diversifikasiyası üçün spekulyativ bir maliyyə aləti hesab edilə bilər.

Rick Rieder: “Bir az bitcoin saxlayıram, çünki hesab edirəm ki, zamanla kriptovalyuta sənayesində insanların sayı artacaq. Volatil aktivlər və bitcoin xoşuma gəlir.”

Xatırladaq ki, cari ilin avqust ayında 9 trilyon dollarlıq aktivləri idarə edən BlackRock ABŞ-ın kriptovalyuta mayninqi şirkətlərinə 383 milyon dollar investisiya edib. BlackRock Marathon Digital Holdings şirkətinin 6.71%-ni (207 mln dollar) və Riot Blockchain şirkətinin 6.61%-ni (176 mln dollar) alıb.

Leave a Reply