Isveçrə ilk dəfə kriptovalyuta fonduna lisenziya verdi

İsveçrənin maliyyə tənzimləyicisi ilk dəfə olaraq ölkə qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərən kriptovalyuta fondunun yaradılmasına icazə verdi. İsveçrənin Maliyyə Bazarlarına Nəzarət Agentliyi (FINMA) sentyabrın 29-u 10 kripto aktivdən ibarət olan ölkənin ilk kriptovalyuta fondu – Crypto Market Index Fund istifadəyə verilməsini təsdiqləyib. Fond aktivlərin idarəedilməsi üzrə şirkət olan Crypto FinancePvB Pernet von Ballmoos AG tərəfindən təsis edilib. Fondun bank tərəfdaşı İsveçrənin kriptovalyuta bankı SEBA BANK olacaq. Fond İsveçrənin fond birjası olan SIX Swiss Exchange tərəfindən tənzimlənən “Crypto Market Index 10” indeksinin dinamikasını izləyəcək və ticarət dövriyyəsi, bazar kapitalizasiyası yüksək olan kripto aktivlərə investisiya edəcək.

Leave a Reply