Elon Musk: Kriptovalyutaları məhv etmək mümkün deyil

Tesla şirkətinin təsisçisi və icraçı direktoru Elon Musk Beverli Hillsdə keçirilən “Code Conference” tədbirində çıxışı zamanı kriptovalyutaları dəstəkləyərək ABŞ maliyyə tənzimləyici orqanlarını kriptovalyuta sənayesini tənzimləmək cəhdlərindən çəkinməyə çağırdı.

Elon Musk: “Hesab edirəm ki, kriptovalyutaları məhv etmək mümkün deyil lakin hökumətlər onların yayılmasını müəyyən müddətə ləngidə bilərlər. Kriptovalyutaların yaradılmasının əsas məqsədlərin biri mərkəzləşdirilmiş sistemlərin gücünü zəiflətməkdir. Buna görə hökümətlər kriptovalyutaları bəyənmirlər. Mən kriptovalyutalar üzrə güclü ekspert deyiləm lakin hesab edirəm ki, tənzimləyici orqanlar kriptovalyutaların qəbulunu ləngitməyə çalışmamalıdırlar.”

“ABŞ höküməti kriptovalyutaları tənzimləmək üçün nə etməlidir?” sualına Elon Mask cavabında “Mən onalara deyərdim ki, «heçnə etməyin!»” deyib.

Leave a Reply