Azərbaycanda ilk dəfə kriptovalyuta mövzusunda fənn tədris planına daxil edilib

Azərbaycanda ilk dəfə kriptovalyuta mövzusunda fənn Azərbaycan Dövlət İqtisad Universitetnin (UNEC) tədris planına daxil edilib. “Kriptovalyutalar və kiber risklər” adlı fənni UNEC Biznes Məktəbi, İqtisadiyyat və biznesin idarə edilməsi kafedrası tərəfindən 2021-ci il tədris ilində MBA (Master of Bussines of Administration) proqramı çərçivəsində tədris ediləcək. Bununla da, UNEC milli təhsil sisteimdə kriptovalyutalar mövzusunda fənn tədris edən ilk universitet oldu.

MBA tələbələri “Kriptovalyutalar və kiber risklər” fənni üzrə elektron pullar, rəqəmsal aktivlər, kriptoqrafiya, blokçeyn texnologiyası, elektron cüzdanlar, kriptovalyutaların xüsusiyyətləri və tətbiqi istiqamətləri, kriptovalyuta mayninqi, smart müqavilələr, DeFi maliyyəsi, informasiya təhlükəzsiliyi və kiber risklər, rəqəmsal aktivlərin beynəlxalq hüquqi tənzimlənməsi bərədə biliklər əldə edəcəklər. Tədris üzrə prkatiki təlimlər (workshop) də nəzərdə tutulub, hansı ki, tələbələrə real vaxt rejimində birjalarda alqı-satqı əməliyyatlarının aparılması, optimal ticarət strategiyalarının qurulması, risklərin idarə edilməsi və kriptovalyutaların analitikasının aparılaması qaydaları izah ediləcək. Fənn kriptoinvest.az portalının rəhbəri və Crypto Consulting MMC-nin direktoru Elnur Quliyev tərəfindən tədris ediləcək.

Azərbaycanın dövlət kanalı AzTV-nin “İqtisadiyyat xəbərləri” proqramında UNEC-də kriptovalyutalar mövzusunda fənn tədris edilməsi ilə bağlı sujet verilib.

UNEC Biznes Məktəbinin MBA proqramı haqqında.

MBA proqramı üzrə təhsil Avropa Kredit Transfer Sistemi uyğun olaraq 4 semestr (2 il) ərzində 11 ümumi fənn üzrə 66 kredit, 3 seçmə (ixtisas) fənn üzrə 18 kredit və buraxılış layihəsi üzrə 12 kredit olmaqla, cəmi 96 kreditlə tamamlanır. Hazırda UNEC Biznes Məktəbində 20 ixtisaslaşma üzrə qəbul həyata keçirilir:

  • Beynəlxalq biznes;
  • Biznesin idarə edilməsi (ümumi təyinatlı);
  • Biznes və data analitikası;
  • İnsan resurslarının idarə edilməsi;
  • Maliyyə;
  • Marketinq;
  • Menecment;
  • Mühasibat uçotu;
  • Qiymətlı kağızlar;
  • Layihələrin idarə edilməsi;
  • İdmanın idarə edilməsi;
  • Bank və sığortanın idarə edilməsi;
  • Mühəndislik və idarəetmə riskləri;
  • Risklərin idarə olunması;
  • Səhiyyənin idarəedilməsi;
  • Turizm və otelçiliyin idarəedilməsi;
  • Sosial media marketinqi;
  • Beynəlxalq logistika və təchizat zəncirinin idarəedilməsi; 
  • Kiber təhlükəsizlik; 
  • Vergi idarəetməsi və vergi planlaşdırması.

Xatırladaq ki, 2021-ci il 4-7 iyun tarixlərində Azərbaycan Dövlət İqtisad Universiteti və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iqtisadiyyat və idarəetmə sahəsində təhsil alan magistr və doktorantlar üçün III Beynəlxalq Elmi Konfrans təşkil edilmişdi. “Nizami ili” çərçivəsində təşkil edilən konfransın proqramına ilk dəfə olaraq blokçeyn texnologiyası və rəqəmsal valyutalar mövzusuna həsr edilən workshop daxil edilmişdi. Workshopda ekspertlər -Elnur Quliyev (Crypto Consulting MMC / kriptoinvest.az), Alex Sudadze (Georgia Mining Association, Bitcoin Embassy Georgia), David Kiziria (eGov/GovTech, Anti-corruption Reforms, Blockchain/DLT), Elçin Abdullayev (Partner Martex Consulting) blockchain texnologiyası və tətbiqi istiqamətləri, rəqəmsal valyutalar üzrə mövcud tendensiyalar, risklər və gələcək prespektivlər müzakirə edilmişdir.

Leave a Reply