Bitinfocharts.com analitik portalı 18.10.2021 tarixinə balansında bitcoin sayı göstərilən BTC-cüzdanlar (bitcoin wallet) barədə statistik məlumat dərc edib. Hazırda mövcud olan 34 milyon BTC-cüzdan arasında balansına görə ən iri 5 BTC-cüzdan:
- 288.126 BTC: 34xp4vRoCGJym3xR7yCVPFHoCNxv4Twseo – Binance
- 178.011 BTC: bc1qgdjqv0av3q56jvd82tkdjpy7gdp9ut8tlqmgrpmv24sq90ecnvqqjwvw97 – Bitfinex
- 105.759 BTC: 1P5ZEDWTKTFGxQjZphgWPQUpe554WKDfHQ
- 94.505 BTC: 37XuVSEpWW4trkfmvWzegTHQt7BdktSKUs – Huobi
- 93.566 BTC: 38UmuUqPCrFmQo4khkomQwZ4VbY2nZMJ67 – Okex
Balansında 10.000-dən çox bitcoin olan 78 BTC-cüzdan var. Bundan əlavə, hazırda balansında ən azı 1 bitcoin olan 665.791 cüzdan mövcuddur.
Hesabata əsasən balansında 10.000.000 ABŞ dolları ekvivalnetində BTC olan 10.331 cüzdan var. Balansında ən azı 1 dollar olan cüzdanların sayı isə 34 milyon təşkil edir.
Müəllif: Elnur Quliyev