Dünyanın ilk kriptovalyutası olan bitcoin-in müasir loqotipinin yaradılmasının 11 ili tamam oldu. Ümumilikdə bitcoin loqotipinin 4 mümkün versiyası olub. 2009-cu ildə yaradılan bitcoin-in ilk loqotipi BİT və COİN birləşməsi «BC» olub. Loqotipin ikinci versiyası iki şaquli xəttli “B” hərfi təklif edilmişdi.
Bir neçə təklif və rəydən sonra Bitcointalk istifadəçiləri yekdilliklə qərara gəldilər ki, yeni simvol hər kəsə onu istənilən ölçüdə və nisbətdə istifadə etməyə və istənilən mühitə uyğunlaşdırmağa imkan verən xüsusiyyətlərə cavab verməlidir. 2010-cu ilin noyabr ayında bitboy təxəllüsü ilə naməlum bitcointalk istifadəçisi Satoşinin loqosunun təkmilləşdirilmiş versiyasını təklif etdi. Bu loqotip ilk dəfə rəsmi olaraq 2015-ci ildə Unicode 10.0 (kod nömrəsi U+20BF) qeydiyyata alınmışdır. 2019-cu ilin fevral ayında isə Google mobil klaviaturalarına bu loqonu əlavə etmişdi. Hazirda Bitcoin loqosu bitcoin-in nə olduğunu bilməyənlər də daxil olmaqla, ən məşhur simvollardan birinə çevrilib.
Qeyd: 2014-cü ilin aprelində bitcoinsymbol.org istifadəçiləri Ƀ simvolunu qəbul etməyi təklif etdilər. Lakin bu təklif ciddi qəbul edilmədi.
Müəllif: Elnur Quliyev / Crypto Consulting MMC



