ITV-də “OCOS” – saxta kriptovalyuta haqqında araşdırma

Ötən həftə Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin həyata keçirdiyi həyata keçirdiyi əməliyyat nəticəsində dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edərək zərərçəkənlərin külli miqdarda pul vəsaitini ələ keçirən beynəlxalq dələduzluq piramidasının üzvləri saxlanılıb. DİN əməkdaşları və Azərbaycan Mərkəzi Bankının mütəxəssislərinin iştirakı ilə apardıqları araşdırmalar zamanı müəyyən olunub ki, bir qrup şəxs investisiya şirkəti adı altında şəbəkə biznesi yaradaraq çoxsaylı vətəndaşları “OCOS” adlı saxta kriptovalyuta layihəsinə cəlb edərək vasitlərini mənimsəyiblər.

İctimai TV-nin “Qanundan kənar” verlişində “OCOS” maliyyə piramidası haqqında araşdırma-süjet təqdim edilib. Sujetdə OCOS layihəsi və vəd edilən qazanc imkanları, şəbəkə liderlərinin kriptovalyuta satışı adı altında qanunsuz əməlləri haqqında ətraflı məlumat verilib.

Xatırladaq ki, İTV-də “Qanundan Kənar” verlişi Toğrul Məmmədovun təqdimatında həftə içi hər gün 00.05-də yayımlanır.

Leave a Reply