Dünyanın ən innovativ ölkələri: 2021

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (The World Intellectual Property Organization – WIPO) 2021-ci il üçün Qlobal İnnovasiya İndeksini (Global Innovation Index 2021) açıqlayıb. WIPO, 132 ölkə üzrə innovasiya səviyyəsini insan kapitalı, institutlar, texnologiya və yaradıcı məhsullar, bazar və biznesin inkişafı səviyyəsi kimi müxtəlif meyarlar üzrə qiymətləndirib. 2021-ci il indeksi müəyyən edib ki, qlobal iqtisadi durğunluq və koronavirus pandemiyasına baxmayaraq, bəzi sektorlarda, xüsusən də ictimai sağlamlıq və ətraf mühitlə əlaqəli sənayelərdə innovasiyalar uğurla tətbiq edilir. İsveçrə maksimum 100 baldan 65,5 toplayaraq 11-ci dəfə innovasiyalar üzrə dünyanın lider ölkəsi seçilib. “TOP-10”-da İsveç, ABŞ, Böyük Britaniya, Cənubi Koreya, Niderland, Fillandiya, Sinqapur, Danimarka, Almaniya yer alıb.

Dünyanın ən innovativ ölkləri sırasında Yaponiya 13, Estoniya 21, Malaziya 36, Türkiyə 41, Rusiya 45, Ukrayna 49, Monqolustan 58, İran 60, Belarus 62, Gürcüstan, 63 Azərbaycan isə 80-ci yeri tutub. Sonuncu yerdə – Yəmən (131) və Anqola (132).

Müəllif:  Elnur Quliyev 

Leave a Reply