V Beynəlxalq Bankçılıq Forumu

“MasterCard” və “BS/2” tərəfdaşlığı çərçivəsində 8-9 dekabr tarixlərində Bakıda V Beynəlxalq Bankçılıq Forumu keçiriləcək. “Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı” devizi altındı keçirilən forumda 7 panel üzrə 40 məruzəçi ən aktual mövzular – rəqəmsal bankçılıq, innovativ ödəniş ekosistemi, rəqəmsal valyutalar, blokçeyn texnologiyası, elektron ticarət, kibertəhlükəsizlik üzrə çıxış edəcək. Forumun açılış məruzəçiləri:

  • Alim Quliyev – Mərkəzi Bank, İH sədrinin birinci müavini
  • Rövşən Rüstəmov – Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini
  • Orxan Məmmədov – Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İH sədri
  • Vüsal Qasımlı – İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Direktor
  • Zakir Nuriyev – Azərbaycan Banklar Assosiasiyasının Prezidenti

Forumda maliyyə-bank sahəsində tənzimləyici və nəzarət orqanlarının rəhbərləri, kommersiya banklarının yuxarı menecmenti, yerli və xarici biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutlarının və akademik dairələrin nümayəndələri, maliyyə və bankçılıq sahəsinə aid məhsul və xidmətlər təklif edən xarici və yerli şirkətlərin nümayəndələri iştirak edəcək. Forumda cıxış edən məruzəçilər və mövzular haqqında daha ətraflı məlumat bu linkdə əldə edə bilərsiz.

Forum çərçivəsində aşağıda qeyd olunan mövzular ətrafında müzakirələr aparılacaq:

– Rəqəmsal Bankçılıq
– Hər Cihazda Bankçılıq
– Platforma Bankçılığı və Rəqəmsal Ekosistem
– İnnovativ Ödəniş Ekosistemi
– Rəqəmsal Valyutalar: Mərkəzi Banklara gedən yol
– Blokçeyn Texnologiyası: Maliyyə Xidmətlərində Tarixi Layihələr
– Təkmilləşən Ekommersiya: Artan Tələb
– Komplaynsa Fokuslanma
– Distant Bankçılıq: Təhlükəsiz İdentifikasiya
– Yeni Normal: Yeni Kibertəhlükəsizlik Trendləri

Leave a Reply