Elon Musk: DOGE əməliyyat üçün BTC-dən daha yaxşıdır

Tesla və SpaceX şirkətinin təsisçisi və icraçı direktoru Elon Musk “Time” jurnalına verdiyi müsahibədə bitcoin-i əla yığım vasitəsi adlandırıb lakin DOGE-nin əməliyyatlar üçün BTC-dən daha yaxşı olduğunu deyib.

Elon Musk: “DOGE zarafat kriptovalyutası kimi yaradılmasına baxmayaraq, əməliyyatlar aparmaq üçün bitcoin üzərində üstünlüyə malikdir və daha uyğundur. Dogecoin kriptovalyutasının sayında məhdudiyyətin olmaması səbəbindən inflyasiyaya meyllidir. Amma bu inflyasiya rəqəmi sabit rəqəmdir, faiz deyil. Bu o deməkdir ki, zaman keçdikcə DOGE-nin faiz inflyasiyası azalacaq. Və bu, əslində yaxşı haldır, çünki insanlar DOGE-ni yığmaqda deyil, xərcləməkdə maraqlıdırlar.”

Leave a Reply