McDonald’s metaversedə restoran açacaq

Dünyanın ən məşhur “fast food” şəbəkəsi McDonald’s fevralın 4-ü ABŞ-ın Patent və Ticarət Nişanları İdarəsinə metaversedə virtual restoranlar açmaq üçün ticarət nişanı qeydiyyatı üzrə müraciət edib. McDonald’s 10 ticarət nişanı üçün müraciət edib və onlardan biri “real və virtual mal satmaq imkanına malik virtual restoranın, eləcə də onlayn sifarişlə evə çatdırılma üçün virtual kafenin (McCafe) fəaliyyətə başlamasını” təsvir edir. Bu barədə Gerben Law şirkətinin ticarət nişanları üzrə hüquqşünası Josh Gerben öz twitter hesabında paylaşıb.

Josh Gerben: “Metaversedə əylənirsən və acsan qulaqcıqlarınızı çıxarıb restorana getməyə ehtiyac yoxdur. Siz virtual McDonald’s-a daxil olursunuz və sifariş verirsiniz. Tezliklə sifarişiniz qapınıza çatdırılacaq.”

Leave a Reply