Ukrayna hökumətinə məxsus rəsmi sosial media resurslarında Ukraynaya maddi dəstəyin Bitcoin, Ethereum, Polkadot və USDT ilə mümkün olduğu elan edilib. BTC və ETH üzrə cüzdanların hesabları qeyd edilib.

Ukrayna baş nazirinin müavini və Ukraynanın Rəqəmsal Transformasiya naziri Mixail Fedorov da öz twitter hesabında bu məlumatı paylaşıb.

BTC, ETH və USDT əlavə olaraq Ukrayna hökuməti Polkadot (DOT) kriptovalyutası ilə də ianə qəbul etməyi qərara alıb. Bu, blokçeyn layihəsinin yaradıcısı olan Gavin Wood-un Ukraynaya şəxsən 5 milyon dollar dəyərində DOT ianə edəcəyinə söz verdikdən sonra baş verib.


Müəllif: Elnur Quliyev
