Ukraynada NFT-muzey yaradıldı

Ukraynanın Rəqəmsal Transformasiya Nazirliyi və yerli kriptovalyuta icması Rusiyanın Ukraynaya hərbi təcavüzü hadisələrinin xronologiyasına həsr olunmuş NFT-muzey yaradıb. Əsas məqsəd müharibə günlərində baş vermiş hadisələrin xatirəsini qorumaq, qlobal rəqəmsal ictimaiyyət arasında məlumat yaymaq və Ukraynaya dəstək üçün vəsait toplamaqdır.

Muzeydə təqdim edilən sənət əsərləri NFT tokenləri şəklində təqdim olunur, onların hər biri bədii illüstrasiyadan və rəsmi mənbələrdən gələn mesajlardan ibarətdir. Kolleksiyanın birinci hissəsində ukraynalı rəssamların, növbəti nəşrlərdə isə bütün dünya rəssamlarının əsərləri yer alacaq. Kolleksiyanın satışından əldə edilən bütün vəsait Rəqəmsal İnkişaf Nazirliyinin ethereum cüzdanına mədaxil ediləcək və humanitar yardıma yönəldiləcək. Hər bir NFT-nin qiyməti 0,15 ETH-dir.

Leave a Reply