Kriptovalyutaların qiymətinə əsaslanan NFT buraxıldı

ABŞ-ın CruptoBuxx şirkəti dəyəri kriptovalyutaların məzənnəsinə uyğunlaşdırılan CruptoBuxx NFT adlı tokenlər kolleksiyasını buraxdı. CryptoBuxx NFT-lər müəyyən sayda koinlərin alınması üçün hədiyyə sertifikatlarıdır. Misal üçün, nominal dəyəri 0,0001-dən 5 BTC-yə qədər olan Bitcoin CruptoBuxx tokenləri satışa çıxarılacaq. Bu NFT-lər OpenSeaCryptoBuxx platformalarında almaq olar.

NFT alarkən şirkət müvafiq sayda koin alır və onları soyuq kripto-cüzdana köçürür. NFT sahibləri onları istənilən vaxt rəqəmsal aktivlərə dəyişdirə bilərlər. Bunun üçün QR kodunu skan etməli, açılan səhifəyə təhlükəsizlik kodunu daxil etməli və kriptovalyutanın göndərilməsi üçün e-cüzdanin pul kisəsinin ünvanını göstərməlisiniz.

Leave a Reply