BakıKart balansını onlayn artırmaq qaydası

Bakıda ictimai nəqliyyatda vahid ödəniş kartı olan “BakıKART”-ın balansını onlayn ödəniş etmək mümkündür. Bunun üçün online.bakikart.az portalına daxil olub e-mail və yaxud telefon nömrəsi ilə qeydiyyatdan keçib şəxsi kabinet yaratmaq lazımdır. Şəxsi kabinet yaratdıqdan sonra BakıKart nömrəsini və bank kartınızın məlumatlarını əlavə edirsiz. BakıKART (metro kartı) balansını 1-3-5-10 AZN məbləğində artırmaq mümkündür. Ödənilən məbləğ kartın balansına bir saat ərzində oturacaq. Metroda və avtobus dayanacaqlarında kart balansınızı doldurmaq üçün vaxt itirmək istəmirsinizsə mütləq şəkildə online balans artırmaq xidmətindən istifadə edin.

BakıKART-ın satış qiyməti 2 AZN-dir. Gediş haqqı tarifi qanunvericiliyə əsasən marşrutdan asılı olaraq 0.40 manatdan 1.30 manat aralığında müəyyən edilmişdir. Gediş haqqı “BakıKART” vasitəsilə ödənilən marşrut xətləri və qüvvədə olan qanunvericiliyə əsasən tariflər aşağıdakı kimidir:

Tarif                                    Marşrut xətti
0.40Bakı Metropoliteninin bütün stansiyaları
Şəhərdaxili: 1, 2, 3, 4, 5, 6, 7A, 7B, 9, 10, 11, 13, 14, 15, 17, 18, 21, 24, 26, 29, 30, 31, 32, 35, 37, 38, 39, 40, 44, 46, 49, 51, 52, 53, 61, 62, 64, 65, 66, 67, 71, 76, 78, 79, 81, 83, 85, 88, 88A, 92, 96
Qəsəbədaxili: 190
Şəhərətrafı və qəsəbələrarası: 113, 119, 133, 135, 144, 165, 184, 202, 204, 205, 208, 209, 216, 108B, M3
0.45Şəhərətrafı və qəsəbələrarası: 130, 131, 132, 161, 163, 179, 189, 194, 199, 211, 217, M8
0.50Şəhərətrafı və qəsəbələrarası: 125, 127, 160, 175, 206, 114A, 114B, Q1
0.60Şəhərətrafı və qəsəbələrarası: E1
1.30Şəhərətrafı və qəsəbələrarası: H-1

BakıKART – metro və “BakuBus” avtobuslarında tətbiq olunan ödəniş kartı ilk dəfə 8 avqust 2015-ci ildə tətbiq olunmağa başlayıb. 

2 comments

  1. Salam men necə qeydiyyatdan keçe bilərəm bakı kartı balansını yükləmək üçün zəhmət olmasa köməklik edərdizde.

Leave a Reply