Beynəlxalq ödəniş servisi American Express və kriptovalyuta şirkəti Abra ilə birlikdə müştərilərə Crypto Rewards kartı təklif edəcək. Bu kartla istifadəçilərə ABŞ dolları ilə əməliyyatlar aparan zaman istənilən məbləğdə və kateqoriyadan olan alışlar üçün kriptovalyuta ilə mükafatlar təklif etməyə imkan verəcək. Abra Crypto Card – American Express şəbəkəsində kriptovalyuta ilə mükafatlandıran ilk kredit kartı olacaq.

