Deutsche Bank: Bitcoin 28.000 dollar olacaq

Avropanın ən böyük bankların biri olan Deutsche Bank-ın analitikləri kriptovalyuta bazarını tədqiq edərək bitcoin-in qiymətinin bir qədər artacağını proqnozlaşdırıblar. Bankın analitikləri Marion Laboure və Galina Pozdnyakova 2022-ci ilin sonuna qədər ilk kriptovalyutanın ənənəvi bazarlarla güclü korrelyasiyası səbəbindən 28.000 dollara çata biləcəyini iddia edirlər. Analitiklərin fikrincə, bitcoin noyabr ayından etibarən “Nasdaq 100” və “S&P 500” kimi fond indeksləri ilə getdikcə daha çox korrelyasiya olunur. Bank strateqləri “S&P 500”-nin ilin sonuna kimi yanvar səviyyəsinə qayıdacağını və bitcoin-in də ona qoşula biləcəyini proqnozlaşdırırlar.

Leave a Reply