İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”-na əsasən 2022-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanın ixracı 18,5 mlrd dollar, qeyri-neft sektoru üzrə 1,5 mlrd dollar təşkil edib. Azərbaycanın qeyri-neft ixracından ən çox gəlir əldə etdiyi məhsullar – pambıq, pomidor, karbamid, qızıl, metil spirti və fındıq olub. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 25,4% artıb.






Mənbə: ereforms.gov.az
