Ticarət dövriyyəsi görə dünyanın ən iri kriptovalyuta birjası olan Binance-nin ABŞ bölməsi Binance.US Nevada ştatının Biznes və Sənaye Departamentindən pul köçürmə provayderi lisenziyası alıb. Nevada 2022-ci ildə Binance.US-ya lisenziya verən ABŞ-ın 7-ci ştatıdır. Bundan əvvəl Qərbi Virciniya, Konnektikut, Vayominq, Rod-Aylend, Aydaho və Puerto-Riko ştatları birjaya lisenziya verib.

