Böyük Britaniyanın mərhum kraliçası II Yelizavetanın şərəfinə buraxılmış mem-kriptovalyuta 0,00000218-dən 0,00021228-ə qədər bahalaşıb. Sentyabrın 8-də Binance Smart Chain blokçeynində yaradılan Queen Elizabeth Inu (QUEEN) tokeninin qiyməti səkkiz saat ərzində demək olar ki, 97 dəfə bahalaşıb. Lakin sonra 93% ucuzlaşdı. Bununla belə, korrektə nəticəsində aktivin qiyməti ən aşağı qiymətindən 180% yüksək olan qiymətdə sabitləşdi.

Ümimiyətlə kraliçanın vəfatından sonra 24 saat ərzində yüzlərlə NFT və 40-dan çox mem-kriptovalyutalar (Save the Queen, Queen, QueenDoge, London Bridge is Down, Rip Queen Elizabeth və s.) yaradıldı.

