İsrailin Kapital Bazarları, Sığorta və Əmanətlər İdarəsi (CMISA) Hybrid Bridge Holdings Ltd şirkətinə ölkədə kriptovalyutalarla aktiv əməliyyatlar aparmaq üçün lisenziya verib. Hybrid Bridge Holdings, fiat valyutalarını və kripto aktivlərini bank hesablarına qoşmaq üçün infrastrukturun yaradılması üzrə ixtisaslaşıb və bu, “öz müştərini tanı” (KYC) və “çirkli pulların yuyulması ilə mübarizə” (AML) qaydalarına uyğun aparılacaq. Lisenziyanın verilməsi İsrail tənzimləyicisinin ölkədə rəqəmsal aktivlər sənayesini inkişaf etdirməyə hazır olduğunu nümayiş etdirir və bu, kriptovalyuta sektorunda yerli investorlar üçün ticarəti xeyli asanlaşdıracaq.

CMISA lisenziya verən zaman operator şirkətlərdə ciddi auditlər aparır, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsini, texnoloji və əməliyyat risklərini yoxlayır, müştərilərin aktivlərinin qorunması üçün tədbirlər görür. 2022-ci ilin fevral ayında CMISA Binance ticarət platformasının fəaliyyətini araşdırmağa başlayıb və məlum olub ki, birjanın İsrail vətəndaşlarına xidmət göstərmək üçün lisenziyasının yoxdur. Bu səbəbdən Binance ölkədəki fəaliyyətini dayandırıb və İsrail şekelinə dəstəyi de-listinq edib.
