Robert Kiyosaki: Dolların güclənməsi bitcoin almaq üçün əla şansdır

Amerikalı iş adamı və məşhur “Rich Dad Poor Dad” kitabının müəllifi Robert Kiyosaki hesab edir ki, dolların güclənməsi hər kəsə qızıl, gümüş və bitcoin almaq üçün böyük şans verir. Onun sözlərinə əsasən ABŞ-ın mövcud pul-kredit siyasəti fonunda bitcoin düşməyə davam edəcək və bu zaman bitcoin, qızıl və gümüş almaq üçün əlverişli məqam olacaq. FED uçot faiz dərəcələrini azaltmağa başlayanda bitcoin və digər aktivlərin qiyməti yenidən qalxacaq.

Robert Kiyosaki: “Mən inanıram ki, ABŞ dolları 2023-cü ilin yanvar ayında çökəcək. FED faiz dərəcələrini artırmağa davam edərsə, ABŞ dolları güclənəcək, bu da qızıl, gümüş və bitcoin-in ucuzlaşmasına səbəb olacaq. Daha çox alın. FED geri dönüb, İngiltərə kimi faiz dərəcələrini aşağı saldıqda, başqaları ağlayarkən siz gülümsəyəcəksiniz.”

Leave a Reply