Bitcoin “Ginnesin Rekordlar Kitabı”-na daxil edilib

Bitcoin, NFT-lərin rekord satışı və El Salvadorda BTC-nin ödəniş vasitəsi kimi qəbul edilməsi kimi mühüm texnoloji nailiyyətləri ilə birlikdə Ginnesin Rekordlar Kitabına daxil edilib. Sentyabr ayında buraxılan “Guinness World Records 2023”-da bitcoin ilk mərkəzləşdirilməmiş kriptovalyuta”, “ən bahalı kriptovalyuta”, “ilk bitcion tranzaksiya” və “ən köhnə kriptovalyuta” kimi qeyd edilib.

Ginnesin Rekordlar Kitabına həmçinin fan tokenlər də düşüb. 2021-ci ilin iyununda Socios.com vasitəsilə satışa çıxarılan Ingiltərənin Manchester City futbol klubunun tokeni CITY – “ən dəyərli azarkeş tokeni” kimi tanınır. Bundan əlavə, El Salvador ötən ilin yayında “bitcoini qanuni ödəniş vasitəsi kimi qəbul edən ilk ölkə” kimi Ginnesin Rekordlar Kitabına daxil edilib.

Leave a Reply