Kiçik və Orta Biznes Subyektləri Və Klublarının Assosiasiyası (KOBSKA) və “Founder Club”-un birgə təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strateji tərəfdaşlığı ilə 30 noyabr tarixində Baku Marriott Boulevard Hoteldə “İxracat və Ticarət Forumu 2022” (TEF-2022) təşkil olunacaq. Forumun əsas məqsədi, mövcud və potensial ixracatçıların xarici bazara çıxış imkanlarının genişləndirilməsidir. Forum çərçivəsində “ixracatda və idxalatda dövlətin funksiyası”, “xarici bazarlar və onlara çıxış imkanları, “ixrac və idxal təcrübəsi və mövcud modellər” mövzularını əhatə edən 3 panel müzakirəsi keçiriləcək. Forumda dövlət rəsmiləri, ölkəmizdə fəaliyyət göstərən səfirliklərin ticarət palatalarının nümayəndələri, media nümayəndələri və müxtəlif sahədə fəaliyyət göstərən ixracat və idxalatla məşğul olan 150 sahibkarın iştirakı plandaşdırılıb.
Forumda iştirak etmək istəyənlər üçün qeydiyyat linki: https://bit.ly/3DsNge2

