Braziliya Milli Konqresinin aşağı palatası kriptovalyutaların tənzimlənməsi ilə bağlı qanun layihəsini təsdiqləyib. Qanun layihəsi rəqəmsal aktivlərlə işləmək üçün rəqəmsal aktivləri və xidmət təminatçılarını müəyyənləşdirir. Qanun “virtual xidmət provayderləri”-nin lisenziyalaşdırılmasını nəzərdə tutur. Bunlar kriptovalyuta birjaları və blokçeyn şirkətləridir. Onlara qanunun tələblərinə uyğunlaşmaq üçün 180 gün vaxt veriləcək. Kriptovalyutalara qanuni ödəniş vasitəsi statusu verilmir. Bununla belə, qanun layihəsinə əsasən rəqəmsal valyutalar Mərkəzi Bank tərəfindən nəzarət edilən ödəniş üsullarının müəyyənləşdirilməsinə daxil ediləcək. Dövlət əksər kripto-aktivləri qiymətli kağızlar kimi tanıyır və Fond Bazarı və Qiymətli Kağızlar üzrə Komissiya (CVM) onların tənzimlənməsi ilə məşğul olacaq. Rəqəmsal aktivlərin qalan hissəsinə Braziliya Mərkəzi Bankı nəzarət edəcək.

