Gürcüstanın baş naziri Binance CEO-su ilə görüşdü

Gürcüstanın baş naziri İrakli Qaribaşvili və dünyanın ən böyük kriptovalyuta birjası olan Binance-in baş direktoru Changpeng Zhao (CZ) noyabrın 30-da Tiflisdə görüşüblər. Görüşdə kriptovalyuta sektorunda mövcud vəziyyət, Gürcüstanın “sabit və əlverişli” biznes mühitini və ölkənin investorlara təklif etdiyi “əhəmiyyətli imkanları” müzakirə edilib. İrakli Qaribaşvili görüş zamanı Gürcüstanın qabaqcıl maliyyə texnologiyaları mərkəzi kimi mövqeyini, onun “innovativ hökumət” olduğu vurğulayıb. İrakli Qaribaşvili bəyan edib ki, Gürcüstan hökuməti birbaşa xarici investisiyalara daha çox dəstək və yardım göstərməyə hazırdır və ölkə qanunvericiliyi kriptovalyutaların mübadiləsini tənzimləməyə hazırdır.

Leave a Reply