Janet Yellen: ABŞ höküməti kriptovalyutaların tam qadağasının əleyhinədi

ABŞ-ın Maliyyə Naziri Janet Yellen, “Reuters” agentliyinə verdiyi müsahibədə kriptovalyutaların tənzimlənməsinin çox vacib olduğunu, lakin Vaşinqtonun kriptovalyuta sənayesinə tam qadağa qoymağı düşünmədiyini bildirib. Kriptovalyuta tənzimlənməsi həftə sonu Hindistanın rəhbərlik etdiyi G20 toplantısında maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin müzakirə etdiyi mövzulardan biri olub.

Janet Yellen: “Biz kriptovalyuta fəaliyyətlərinə tam qadağa təklif etmirik, lakin güclü tənzimləyici baza yaratmaq çox vacibdir. Biz digər hökumətlərlə işləyirik”.

Leave a Reply