Azərbaycan Universitetində rəqəmsal valyutalar mövzusunda seminar keçirilib

Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin dekanlığı tərəfindən təşkil edilən “Maliyyə texnologiyaları: Rəqəmsal valyutalar investisiya aləti kimi” adlı seminar-təlim keçirilib. Maliyyə və marketinq ixtisaslarında təhsil alan tələbələr və müəllimlərin iştirak etdiyi tədbiri fakültənin dekanı Xanım Quliyeva açaraq mövzunun əhəmiyyəti haqqında danışıb və məruzəçiləri – Elnur Quliyev və Səadət Hümbətəliyevanı iştirakçılara təqdim edib. 

Tədbirin əvvəlində Sumqayıt Dövlət Universitetinin iqtisadiyyat kafedrasının dosenti Səadət Hümbətəliyevanın rəqəmsal iqtisadiyyat və rəqəmsal ödənişlərin əhəmiyyətindən bəhs edən təqdimatla cıxış edib. Təqdimatda ödəniş alətlərinin tarixi inkişafı haqqında məlumat verilib. Daha sonra Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişaf Agentliyi, Birgə İnvest / Layihələr üzrə baş meneceri və Crypto Consulting MMC və kriptoinvest.az portalının təsisçisi Elnur Quliyev çıxış edərək tələbələrə müasir maliyyə alətləri, kripto investisiyalar, rəqəmsal valyutaların inkişaf prespektivləri və tətbiqi istiqamətləri barədə təqdimat etmişdir. Tədbir iştirakçıları kriptovalyutaların qiyməti və sektor üzrə mövcud risklər, metaverse, NFT texnolgiyalar barədə diskusiyada aktiv iştirak etdilər.

Azərbaycan Universiteti 1991-ci ildə təsis edilmişdir. Hazırda Universitetində 3 fakültə, 9 kafedra fəaliyyət göstərir. Magistrant, doktorant və dissertantların tədris prosesini Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi təşkil edir. Bakalavriat səviyyəsinə 23, magistratura səviyyəsinə MBA daxil olmaqla 21, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya 14, dissertanturaya 17 ixtisas və istiqamət üzrə qəbul aparılır. Universitetin professor-müəllim heyəti 248 nəfərdən ibarətdir.

Leave a Reply